DÜNYA2021.05.04 12:22

Baqratyan erməni xalqını zombiyə bənzətdi

7

"Parlaq Ermənistan" və "Çiçəklənən Ermənistan" partiyalarının parlament fraksiyaları marionetka olduqlarını sübut etdilər.
Bu barədə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan “Facebook”da yazıb.

“Onlar qarşıdakı seçkilərdə özlərinə bəzi təminatlar almaq üçün Paşinyanın üstünə qaçdılar və belə bir şans ala bildilər. Bu, korrupsiyadır. Parlamentdə müxalifət adlandırılan qüvvələr baş nazir vəzifəsinə namizəd göstərməyə belə cəhd etmədilər. Nikol Paşinyan konstitusiya hüququ olmadan, hökumət başçısı vəzifəsinin icrasını davam etdirəcək", - deyə Baqratyan bildirib.

Onun sözlərinə görə, hazırkı hakimiyyət soyğunçuluq, korrupsiya haqqında köhnə mahnıları səsləndirməklə xalqın zombi hissəsini yenidən aldatmaq istəyir.

"4 ildir ki, hakimiyyətdədirlər və təsdiqlənmiş bir hal yoxdur. Əvvəllər korrupsiya var idisə, indi yoxdur. İndi niyə olsun? Büdcədən ehtiyacları olduğu qədər pul götürürlər", - sabiq baş nazir əlavə edib.
 

YUXARI