İQTİSADİYYAT17.2.2024 23:54

“Bank of Baku”ya yeni sədr seçildi

6345

“Bank of Baku”nun İdarə Heyətinin sədri dəyişib.

Axar.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankın İdarə Heyəti sədrinin birinci müavini Həsən Quliyev İdarə Heyətinin yeni sədri seçilib. O, bu vəzifədə Filiz Yunus Əmrəni əvəzləyib. Filiz Yunus Emre isə bankın İdarə Heyətinin üzvü olaraq qalıb.

Qeyd edək ki, bankın İdarə Heyəti sədrinin müavini Tural Məmmədovdur.

YUXARI