XƏBƏRLƏR11.6.2024 08:30

Bakının bir sıra rayonlarında qaz olmayacaq

2581

Bu gün Bakının dörd rayonunun qaz təchizatında fasilə yaranacaq. Bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, paytaxtın Xəzər, Binəqədi, Səbail və Sabunçu rayonları ərazisindəki qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar iyunun 11-i saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Buzovna qəsəbəsinin, Binəqədi rayonu üzrə Nizami Nərimanov, İbrahim Paşadadaşov küçələrinin, Səbail rayonu üzrə Badamdar qəsəbəsi, 3-cü Massivin, Sabunçu rayonu üzrə isə Nardaran qəsəbəsinin Abşeron küçəsi və Bağlar massivinin qaz təchizatında fasilə yaranacaq.

YUXARI