CƏMİYYƏT13.10.2021 19:45

Bakıda qaz xəttləri su ilə doldu

587

Bakının Sabunçu və Suraxanı rayonlarında vətəndaşların ehtiyatsızlığı nəticəsində qaz xəttlərinin su ilə dolması qeydə alınıb.

"Azəriqaz"dan verilən məlumata görə, son günlər havanın soyuması ilə əlaqədar istilik cihazlarının quraşdırılması işləri artıb.

Amma bəzi yerlərdə vətəndaş tərəfindən avadanlıqların quraşdırılması zamanı səhlənkarlığa yol verilir.

Əsasən Sabunçu və Suraxanı rayonlarında çoxmənzilli binalarda su xəttinin qaz xəttinə qoşulması nəticəsində şəbəkəyə su dolur, bu da qaz təchizatında problemlərə gətirib çıxarır. Birliyin əməkdaşları dərhal məsələyə reaksiya göstərib. İstər gecə, istərsə də gündüz saatlarında əməkdaşlarımız qaz təchizatının bərpası üçün səylə çalışıblar.

Abonentlərdən xahiş olunur ki, diqqətli olsunlar. Ən xırda səhlənkarlıq yəni bu halda su xəttinin qaz xəttinə qoşulması avadanlıqların işlək dövrünü azaldır. Bundan başqa, belə hallar abonentlərin uzun müddət qazsız qalmağı ilə də nəticələnir.

YUXARI