KRİMİNAL29.9.2022 15:00

Bakıda qaydaları pozan avtobus sürücüsü işdən azad edildi 

2602

Bakıda 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsünün sərnişinlərin həyatını təhlükəyə atması ilə bağlı görüntülər yayılıb.

Trend xəbər verir ki, 90 MO 493 dövlət nömrə nişanlı avtobusun sürücüsü ötmə əməliyyatının qadağan olunduğu yerdə digər sərnişin avtobusunu ötüb və qarşıdan gələn minik avtomobili ilə toqquşmadan son anda qurtulub.

Təhlükəli anı əks etdirən görüntü qarşıdan gələn avtomobilin kamerasına düşüb.

Daşıyıcı şirkətdən trend-ə bildiriblər ki, sürücü Bakı Şəhər Yol Polisinə dəvət olunub.

Sürücü törətdiyi qayda pozuntusuna görə altmış manat və üç bal cərimə olunub və işdən azad edilib.

YUXARI