CƏMİYYƏT17.9.2024 23:51

Bakıda COP29-la bağlı zolaqların salınmasına başlanılıb - 14 nəqliyyat qovşağı təşkil ediləcək

3549

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransı ilə bağlı paytaxtın bir sıra mərkəzi küçələrində xüsusi COP29 nəqliyyat zolaqlarının salınmasına başlanılıb. Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin məlumatında deyilir.

Qeyd olunub ki, COP29 loqosunu əks etdirməklə işarələnən bu zolaqlar sürətli və fasiləsiz hərəkətin təmin edilməsi məqsədilə tədbir nəqliyyatı üçün ayrılıb. Konfrans zamanı həmin zolaqlardan yalnız ictimai nəqliyyat vasitələri və tədbirlə əlaqədar xüsusi icazələrə sahib olan nəqliyyat vasitələri istifadə edəcək.

Konfransa qədər müvafiq yol nişanları quraşdırılmayan zolaqlardan bütün nəqliyyat vasitələri istifadə edə bilər.

Bundan əlavə, konfrans zamanı şəhərin müxtəlif əsas hissələrində ümumilikdə 14 nəqliyyat qovşağının təşkil edilməsi planlaşdırılıb.

YUXARI