KRİMİNAL25.9.2023 10:22

Bakıda avtobus minik avtomobili ilə toqquşub, iki nəfər ölüb

2049

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub, iki nəfər ölüb

Trend xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən “Sünbül” Şadlıq sarayının qarşısında üzü Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan, Novruzov Elnur Ariz oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobil ilə Zığ qəsəbəsindən üzü Bakıxanov qəsəbəsi istiqamətində hərəkətdə olan Səfərov Orxan Adil oğlunun idarə etdiyi “187” nömrəli xətt avtobusunun toqquşüb.

Nəticədə Opel Astra markalı avtomobilin sürücüsü Elnur Novruzov və sərnişin Gülü Əliyeva almış olduğu xəsarətlərdən hadisə yerində ölmüş, avtobus sürücüsü Orxan Səfərov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

YUXARI