KRİMİNAL22.9.2023 14:30

Bakıda avtobus "Kamaz"la toqquşdu - Ölən var

2365

Bakıda Balaxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

 Qubad Ələsgərovun idarə etdiyi "Çinar" MMC-yə məxsus "Korsan" markalı xətt avtobusu hərəkətdə olarkən yolun kənarındakı "Kamaz"a çırpılıb.

Nəticədə sərnişin Adilə Əliyeva ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.


Hadisə ilə bağlı TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 20.09.2023-cü il tarixində, saat 16:33-də çağırış daxil olub.

"Saat 16:42-də Təcili Tibbi Yardım briqadası ünvanda olub. "Həkiməqədər ölüm" qeydə alınıb. Aidiyyəti üzrə meyit təhvil verilib", - deyə qurumdan bildirilib.

YUXARI