CƏMİYYƏT30.9.2022 22:00

Bakı və Tbilisi şəhərləri arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün geniş imkanlar var

138

Gürcüstanda səfərdə olan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Tbilisi şəhərinin meri Kaxa Kaladze ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkənin paytaxt şəhərləri arasında əlaqələrin inkişaf perspektivləri diqqət mərkəzində olub.

Eldar Əzizov ölkələrimiz və xalqlarımız arasında qədim tarixə malik olan dostluq münasibətlərinin yüksək səviyyəsindən danışıb, iki qardaşlaşmış paytaxt şəhərlər olan Bakı və Tbilisi arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirib.

Gürcüstanda ənənəvi olaraq hər il keçirilən “Tbilisoba" bayramında iştirak edəcəyini vurğulayan E.Əzizov bu cür bayramların əhəmiyyətini xüsusi qeyd edib.

Kaxa Kaladze xalqlarımız arasındakı dostluq münasibətlərinin yüksək səviyyəsindən məmnunluqla danışıb. Qeyd edib ki, ənənəvi olaraq hər il keçirilən “Tbilisoba” bayramında yerli azərbaycanlılar da iştirak edirlər.

Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının rəhbərlik etdiyi nümayəndə heyətinin sabah keçiriləcək bayramda iştirakı da mühüm əhəmiyyət kəsb edir.

Söhbət zamanı, həmçinin ikitərəfli əlaqələrin inkişafı üçün səylərin artırılmasının vacibliyi vurğulanıb.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edib.

YUXARI