Sentyabrın 10-da Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilir
Trend xəbər verir ki, konfransda elm və təhsil naziri Emin Əmrullayev, ali məktəb rektorları, millət vəkilləri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, nazirliyin, MÜTDA-nın və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və KİV nümayəndələri iştirak edirlər.
Tədbirdən öncə qonaqlar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə çiçəklər düzüblər.
Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.