CƏMİYYƏT27.1.2022 14:21

“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək

11

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu yanvar ayının 28-də saat 12:00-da keçiriləcək.

Birliyin Baş direktoru Ruslan Əliyev Gəncə şəhəri, Baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Goranboy rayonu, Baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Göygöl rayon sakinləri ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Gəncə Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.

YUXARI