XƏBƏRLƏR13.8.2022 08:30

Azərbaycanlıların qatili olan general öldü

262

Ermənistanın müdafiə nazirinin sabiq müavini, general Seyran Saroyan ölüb.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Qeyd edək ki, Saroyan 90-cı illərdə azərbaycanlılara qarşı qətliamlarda iştirak edib. “Xocalı qatili” kimi tanınan, mülki azərbaycanlılara etdiyi zülmlərlə məşhur olan Saroyan 1993-cü ildən alay komandiri, Ermənistanın 2-ci və 4-cü korpusunun komandiri olub.

Azərbaycanlıların soyqırımında iştirakına görə Ermənistanın çoxsaylı mükafatlarını alıb – “Döyüş xaçı”, “Vətən uğrunda xidmət”, “Marşal Baqramyan” və s.

2007-ci ildə deputat da seçilib. 2018-ci ildə siyasətdən gedib.

Zəruri olaraq qeyd edək ki, Xocalı soyqırımı cinayətlərinin birbaşa iştirakçıları arasında Robert Köçəryan və Serj Sərkisyanla yanaşı adı keçən Seyran Saroyan 44 günlük müharibənin nəticəsini, 30 illik işğalının ermənilər üçün acı nəticəsini, erməni ordusunun cəmi 44 günə darmadağın olduğunu, Ermənistanın kapitulyasiyaya imza atdığını və diz çökdüyünü gördü. Onun ötən il ayaqları amputasiya olunmuşdu.

YUXARI