XƏBƏRLƏR27.3.2023 22:00

Azərbaycanlı "tiktoker" hava limanında saxlanıldı

1489

Azərbaycanda axtarışda olan "tiktoker" Əmrah Məhərrəmov saxlanılıb. Trend-in məlumatına görə, Ə.Məhərrəmov Gürcüstandan Azərbaycana gələrkən hava limanında yaxalanıb. Onun barəsində olan sənədlər toplanaraq Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Ə.Məhərrəmov barədə Daxili İşlər Nazirliyinə şikayət edilib.

Şikayət əsasında o, hüquq mühafizə orqanlarına dəvət edilsə də, məsuliyyətdən yayınıb. Nəticədə onun barəsində cinayət işi başlanıb və o, axtarışa verilib.

YUXARI