CƏMİYYƏT14.5.2022 11:21

Azərbaycanla Özbəkistan arasında kosmik sahədə əməkdaşlıq genişləndirilir

104

Özbəkistanda keçirilmiş "Kosmik Texnologiyalar Konfransı" çərçivəsində "Azərkosmos" agentliyi ilə "Uzbekkosmos" agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Trend bu barədə "Uzbekkosmos" Kosmik tədqiqatlar və texnologiyalar agentliyinə istinadən məlumat verir.

Əməkdaşlıq memorundumuna əsasən, tərəflər arasında kosmik texnologiyalar və monitorinqlə əlaqədar layihələrin reallaşdırılması, kadrların hazırlanması, təkrar hazırlığı və ixtisas artırılması, kosmik monitorinqin tətbiqi və tənzimlənməsi üzrə təcrübə mübadiləsi kimi fəaliyyətlər nəzərdə tutulur.

YUXARI