Azərbaycanın strateji valyuta ehtiyatları 10 faiz və ya 5,3 milyard dollar artıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov uçot dərəcəsinin parametrlərində dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, tədiyyə balansının əsas komponenti müsbət saldo formalaşdırıb.