KRİMİNAL31.7.2021 10:00

Azərbaycanda polis bıçaqlandı

5

İmişli rayonunda polis əməkdaşı bıçaqlanıb. Unikal.org xəbər verir ki, hadisə İmişli və Biləsuvar rayonlarının sərhədində yetləşən məcburi köçkün düşərgəsində baş verib.

Cəbrayıl rayonunun Mərcanlı kənd sakini, 1987-ci il təvəllüdlü Qurban Əbülfət oğlu Qurbanov qəsəbə sakini tərəfindən bıçaqlanıb. Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı olan polis serjantı Q.Qurbanov boğazından, qarın və bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alaraq, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisəni törədən Cəbrayıl rayon sakini, 1986-cı il təvəllüdlü Yaqubov Sarvan Arif oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

YUXARI