SAĞLAMLIQ11.5.2021 18:00

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

104

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 18 339 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3783, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 556 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 705 906, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 009 487, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 696 419 nəfər təşkil edir.
 

YUXARI