CƏMİYYƏT24.11.2022 20:30

Azərbaycanda hər ay "Apple Pay" və "Google Pay" vasitəsilə iki milyona yaxın əməliyyat aparılır

69

Azərbaycanda hər ay "Apple Pay" və "Google Pay" vasitəsilə iki milyona yaxın əməliyyat aparılır.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Banklar Assosiasiyasının Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov deyib.

Onun sözlərinə görə, 2022-ci il oktyabrın birinədək Azərbaycanda 12 milyondan çox kart buraxılıb. O qeyd edib ki, ölkədə elektron kommersiyanın dövriyyə həcmi 1,7 milyard manata çatıb.

"Bu kartların 70 faizi təmassızdır. Bundan başqa, istifadəçilərin böyük əksəriyyəti adətən üç müxtəlif bankın kartına sahibdir", - T.Rüstəmov deyib.

YUXARI