ELM VƏ TƏHSİL20.4.2021 20:04

Azərbaycanda ani buraxılış imkanı ilə rəqəmsal kartlar təqdim olunacaq

519

"E-Pul" ödəniş sistemi tərəfdaş banklarla danışıqları bərpa edib və yaxın zamanlarda istifadəçilərə rəqəmsal kartların ani buraxılışı imkanını təqdim edəcək.

Bunu PAYSİS şirkətinin baş direktoru Samir Nəsibov deyib.

Onun sözlərinə görə, tərəfdaş bankın dəyişdirilməasi bu işi sona çatdırmağa mane olub:

"Hələ 2015-ci ildə platforma əvvəlcədən ödənişli rəqəmsal kartlar təqdim edirdi. Bu gün biz bu istiqamətdə danışıqları bərpa etmişik. Yaxın zamanlarda müştərilərə balansın doldurulması, əmıəliyyatları onlayn rejimdə izləmə imkanları təqdim edən rəqəmsal kartın ani buraxılışı təmin olunacaq".

O əlavə edib ki, ilin sonunadək bu məhsulun NFC texnologiyalarına da tətbiq olunması planlaşdırılır.

YUXARI