İQTİSADİYYAT2021.07.31 11:20

Azərbaycanda Aİ-98 markalı benzin niyə tapılmır? - Rəsmi AÇIQLAMA

10

Azərbaycanda 20 gündür ki, Aİ-98 markalı benzin satılmır.

Bunu Trend-ə açıqlamasında "SOCAR PETROLEUM" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli deyib.

Onun sözlərinə görə, Aİ-98 markalı benzin Rumıniyadan idxal edilir, bunda çətinlik var:

"Artıq Gürcüstandan Aİ-98 benzini sifariş etmişik və 4-5 avqustdan etibarən satışa çıxarılacağı gözlənilir. Gələcəkdə belə halların qarşısını almaq üçün benzin saxlama anbarlarının sayı artırılacaq".

YUXARI