İQTİSADİYYAT10.7.2024 15:30

Azərbaycan və Türkiyə iqtisadi tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

2332

Azərbaycan və Türkiyə arasında iqtisadi tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə İqtisadiyyat Nazirliyi xəbər verir.

Məlumata görə, Rusiyanın Yekaterinburq şəhərinə işgüzar səfər çərçivəsində nazirin I müavini Elnur Əliyev Türkiyənin sənaye və texnologiya nazirinin müavini Ahmet Yozqatlıgil ilə görüş keçirib. Görüşdə Türkiyə ilə Azərbaycan arasında tərəfdaşlığın bütün istiqamətlər üzrə gücləndiyi vurğulanıb. İqtisadi münasibətlərin daha da genişləndirilməsi üçün qarşılıqlı investisiya qoyuluşu, sənaye və texnologiya sahələrində təcrübə mübadiləsi, eləcə də digər istiqamətlər üzrə əməkdaşlığın möhkəmləndirilməsi imkanları qeyd edilib. Tərəflər ölkələrimiz arasında sənaye və yüksək texnologiyalar sahələrində reallaşdırılan təşəbbüslərin hər iki ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsində önəmini vurğulayıblar.

Görüşdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, türk iş adamlarının Azərbaycanda həyata keçirilən yeni layihələrdə iştirakı, sənaye parkları və məhəllələrinə investisiya yatırılması barədə fikir mübadiləsi aparılıb.

YUXARI