CƏMİYYƏT27.11.2024 19:00

Azərbaycan və Qırğızıstan Fondları Əməkdaşlıq Memorandumu imzalayıb

6410

Azərbaycan-Qırğız İnkişaf Fondu (AQİF) və Qırğızıstanın Turizmin İnkişafına Dəstək Fondu Əməkdaşlıq Memorandum imzalayıb. Bu barədə Azərbaycan-Qırğız İnkişaf Fonduna istinadən xəbər verir.

Sənədi Azərbaycan-Qırğız İnkişaf Fondunun idarə heyətinin həmsədri Almaz Mambetov və Qırğızıstanın Turizmin İnkişafına Dəstək Fondunun prezidenti Kılıçbek Rısaliyev imzalayıblar.

Memorandumun əsas məqsədi turizm sahəsində uzunmüddətli əməkdaşlığın qurulmasıdır.

Əməkdaşlıq çərçivəsində tərəflər turizm sahəsində potensial layihələrin birgə araşdırılması, master-planların və texniki-iqtisadi əsaslandırmaların təhlili və digər sənədlərin maliyyələşdirilməsi, təcrübə mübadiləsi və ən yaxşı beynəlxalq təcrübələrin tətbiqi üzərində işləməyi planlaşdırırlar.

Qeyd olunur ki, turizm sahəsinin inkişafı üçün tərəfdaş təşkilatların cəlb olunmasına, məsləhət və məlumatlandırma tədbirlərinə xüsusi diqqət yetiriləcək.

Tərəflər, həmçinin, turizm, mədəni-yaradıcı, ekspert və investisiya fəaliyyəti ilə məşğul olmağı, hər iki ölkənin maraqları naminə turizm biznesi üçün əlverişli şəraitin yaradılması məqsədilə birgə tədbirlər keçirməyi planlaşdırırlar.

Gözlənilir ki, fondlar arasında əməkdaşlıq turizm sənayesinin böyüməsi üçün yeni imkanlar yaradacaq, eləcə də iki ölkə arasında mədəni və investisiya əlaqələrinin inkişafına töhfə verəcək.

YUXARI