MƏDƏNİYYƏT14.8.2024 19:19

“Azərbaycan qadınının gözəllik rəmzi - Kəlağayı" müsabiqəsinin qalibləri mükafatlandırıldı

28029

Bakı şəhərində “Azərbaycan qadınının gözəllik rəmzi-Kəlağayı müsabiqəsinin nəticələri və qaliblərin mükafatlandırılması ilə bağlı tədbir keçirildi.
Münsiflər heyətinin sədri Fəxriyə Xələfova.

Azərbaycan kəlağayı sənəti "Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası" adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi və dünyaya təqdim olunmasının 10 illik yubileyi ilə əlaqədar Dünya Azərbaycan qadınları arasında müsabiqə keçirildi.

Bakı şəhərində müsabiqənin təqdimatı,qaliblərin  və iştirakçıların mükafatlandırılma tədbiri keçirildi. 

Tədbirdə layihənin rəhbəri,Rusiyada “Dünya Azərbaycan Qadınları” İctimai Birliyinin  sədri Xatirə Qəmbərova müsabiqə haqqında çıxış edərək hesabatı səsləndirdi,qaliblərin siyahısını oxudu.
Layihədə Təşkilati dəstək göstərən SAhibkar Qadınlar İctimai Birliyinin  sədri Zenfira Ağayeva qonaqları salamladı və qalibləri təbrik etdi. 

  Münsiflər heyətinin sədri əməkdar İncəsənət xadimi Fəxriyə Xələfova telefon bağlantısı ilə qalibləri təbrik etdi,tədbirin uğurlu keçməsini arzu etdi.
Tədbirdə münsiflər heyətinin fəxri üzvü Zəhra Muradova,şairə-publisist Güllü Eldar Tomarlı, dosent İlhamə Qəsəbova,şairə-publisist Nəsibə İsrafilqızı və başqları yer almışdılar.

Müsabiqədə dünyanın müxtəlif ölkələrindən 250 xanım 600 obrazla iştirak etmişdilər.

Dünyanın müxtəlif ölkələrindən müsabiqədə iştirak edib qalib olan xanımlara mükafatları təqdim olundu. 

Tədbir rəsmi və bədii hissədən ibarət idi.

YUXARI