GÜNDƏM14.6.2024 23:10

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri növbəti dəfə atəşə tutulub - RƏSMİ

2665

İyunun 14-ü saat 13:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Böyük Vedi rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Yeni Media Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb" , - məlumatda qeyd edilib.

YUXARI