GÜNDƏM10.7.2024 11:50

Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektləri müzakirə edildi

1952

NATO-nun Vaşinqtonda keçirilən Sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina arasında görüş keçirilib. Bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında qeyd edilib.

Görüş zamanı Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektləri, o cümlədən, enerji təhlükəsizliyi, hərbi təhsil və təlim, humanitar minatəmizləmə məsələləri müzakirə edilib.

Azərbaycan-Ermənistan sülh prosesi, regional və beynəlxalq təhlükəsizlik vəziyyəti və çağırışlar da gündəmdə olub.

YUXARI