İDMAN23.9.2022 02:58

Azərbaycan millisi səfərdə Slovakiya yığmasını məğlub edib

191

Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti qələbəsini qazanıb.

Trend-in məlumatına görə, millimiz C Liqasının birinci qrupunda Slovakiya yığmasının qonağı olub.

Trnava şəhərindəki Antona Malatinski stadionunda oynanılan matçda Azərbaycan millisi 2:0 hesablı qələbə qazanıb.

Şotlandiyalı baş hakim Uilyam Kollamın idarə etdiyi matçda millimizin heyətində Renat Dadaşov və Höccət Haqverdi fərqləniblər. Rəqib komandanın heyətində isə qolu qapımıza təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirən Erik Yirka vurub.

YUXARI