İDMAN28.3.2023 06:00

Azərbaycan millisi İsveç yığmasına uduzub

2401

Futbol üzrə Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsinin ikinci turunda İsveç yığmasının qonağı olub.

Trend xəbər verir ki, Fransalı qadın baş hakim Stefani Frapparın idarə etdiyi matçda hesabı İsveç millisi açıb. Matçın 38-ci dəqiqəsində Emil Forsberq adını tabloya yazdırıb. Görüşün ilk hissəsi İsveç seçməsinin minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.

İkinci hissədə millimizin müdafiəçisi Bəhlul Mustafazadə avtoqol müəllifi olub. Qarşılaşmanın 65-ci dəqiqəsində futbolçumuz topu öz qapımızdan keçirib. Matçın 79-cu dəqiqəsində Viktor Dyekereş, 88-ci dəqiqədə Yesper Karlsson futbolçularımızı meydanın mərkəzinə dəvət ediblər. Matçda son nöqtəni 89-cu dəqiqədə isveçli futbolçu Antoni Elanqa komandasının böyük hesablı qələbəsinə imza atıb.

Beləliklə, görüş İsveç yığmasının 5:0 hesablı qələbəsi ilə başa çatıb.

YUXARI