ƏSAS SƏHİFƏ24.11.2021 21:00

Azərbaycan 1698 erməni hərbçinin meyitini Ermənistana verdi - separatçı Xankəndidən gülməli gediş...

656

Başı əzilmiş separatçı tör-töküntüləri hələ də öz əməllərindən, gülməli “bəyanatlar”ından qalmırlarlar. Özlərini “tərəf” kimi qələmə verməkdən nə yorulurlar, nə də bezirlər. Sanki bunlar da bir “tərəfdir”. Məhv edilmiş qondarma rejimin tör-töküntüləri və tör-töküntülərə rəhbərlik edən quldurbaşılar ağıllarına gələni danışırlar.  Bu günlərdə Qarabagdakı separatçı tör-töküntülərinin “FHN”i iddia edib ki, guya “Azərbaycan tərəfi hələ də müharibədə ölmüş və ya itkin düşmüş şəxslərin qalıqlarını axtarmağa icazə vermir”.

Soruşan yoxdur ki, ay separatçı, sən kimsən bu işə qarışırsan? Azərbaycan humanistlik edərək Ermənistana şərait yaradıb ki, Azərbaycan ərazilərindən ölmüş hərbçilərinin qalıqlarıni aşkarlayib götürsünlər. İndiyə qədər aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1698 erməni hərbçinin meyiti və qalıqları aşkar edilib və Ermənistana verilib. Bu halda separatçılar kimin meyitini axtarır?

Askarlanan bütün meyitlər Ermənistanda verilir. Separatçılar niyə bu işə qarışırlar? Onlar özləri Azərbaycan ərazisində yaşayırlar və Azərbaycan dövlətinin vətəndaşlarıdır, özlərini bir  “tərəf” kimi qələmə verməkləri həqiqətən də gülməli görsənir.

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə şərhində bildirdi ki, separatçı tör-töküntüləri öz üzərlərinə diqqəti cəlb etmək istəyirlər ki, yəni bunlar da var. O qeyd etdi ki, müharibədən əvvəl də, müharibə dövründə də, müharibədən sonra da çox ciddi manipulyasiyalar var idi. “Ermənistanın hərbi-siyasi rəhbərliyi də, Qarabağdakı separatçılara başçılıq edənlər də sadə erməniləri, qara camaatı aldadırlar. Hələ müharibənin gedişində camaatı aldadırdılar ki, “biz qalib gəlmişik”, amma müharibə bitdikdən sonra onların yalançı qəhrəmanlığı ifşa olundu. Üçtərəfli bəyannamənin imzalanması baş verdi və erməni toplumu gördü ki, Paşinyan və onun ətrafı, eləcə də terrorçu-separatçı Arutyunyan onları aldadıb. Yadınıza gəlirsə, o zaman Paşinyanın iqamətgahına qəzəblənmiş kütlə hücum etdi. Ermənistan rəhbərliyi təkcə bu məsələdə manipulyasiya etmirdi, həmçinin 44 günlük müharibə zamanı Azərbaycan əsgərinin məhv etdiyi erməni əsgərlərinin leşləri ilə bağlı da manipulyasiya edirdi. Onların ailələrinə yalan məlumatlar verilir, camaat aldadılırdı. Separatçıların da indi saxta iddialar irəli sürməsi bu manipulyasiyaların davamıdır. Separatçı rejimin başı dəmir yumruqla əzilib, özünü “FHN” kimi qələmə vermək istəyən separatçı tör-töküntüləri də Xankəndidə yaşayan sadə erməniləri aldadır ki, guya meyitləri çıxara bilmirlər. Camaat uşaqlarının meyitini tələb edir və separatçılar da onlara yalan danışır” .

M.Göyüşlünün sözlərinə görə, ermənilərin əlində belə fürsət olsaydı, onlar azərbaycanlılara aman verməzdi, necə ki, Birinci Qarabağ müharibəsi zamanı bunu ediblər. Amma Azərbaycan Ermənistana şərait yaradıb ki, indiyə qədər 1698 erməni meyitini götürüb.

“Separatçıların yalandan belə bir hay-küy yaratmaq cəhdi boş və mənasızdır. Bu, stəkanda fırtına yaratmaqla müqayisə oluna bilər. Onlar kiçik bir məsələdən tutub nə isə nəticə əldə etmək istəyirlər. Separatçılar bu gülməli iddia ilə dünya birliyinin diqqətini özlərinə cəlb etmək istəyirlər. Eyni zamanda da bununla öz aləmlərində Azərbaycana qara yaxmaq istəyirlər. Bu da baş tutacaq məsələ deyil. Elə böyük dövlətlər də, dünya birliyi də kimin kim olduğunu yaxşı bilir. Ədalətli dövlətlər də, beynəlxalq təşkilatlar da yaxşı görürlər ki, Azərbaycan erməni hərbiçilərinin qalıqlarının tapılıb Ermənistana təhvil verilməsi üçün heç bir problem yaratmır. Hətta müharibədən sonra Azərbaycan ərazizinə təxribat-terror törətmək üçün keçən terrorçuların da bir qismini Ermənistana təhvil verib. Sərhəd təxribatı zamanı qəhrəman əsgərlərimiz, hərbçilərimiz tərəfindən məhv edilən erməni hərbçilərinin də meyitlərini geri verdik. Biz heç zaman əsirlər, meyitlər üzərindən siyasət qurmuruq… Bu, erməniyə xas olan cəhətdir. Erməni terrorçuları bundan istifadə edir…”- deyə siyasi şərhçi qeyd etdi.

YUXARI