MƏDƏNİYYƏT26.1.2022 18:20

Azdrama bağlandı

74

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (Azdram) koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.

Teatrdan Kult.az-a verilən məlumata görə, son günlər teatrın əməkdaşları arasında COVİD-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb.

“Belə ki, yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub. Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınır, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılır. Həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq", - məlumatda bildirilib.

YUXARI