Azərbaycan Vətəndaş Hərəkatının (AVH) İdarə Heyətinin əyani formatda İH üzvü Mübariz Ağalarlının sədrliyi ilə növbəti toplantısı keçirilib.
Toplantıda AVH İdarə Heyətinin üzvləri - AMEA Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı Hacı Həsənov, Azərbaycan Respublikasının Əməkdar müəllimi, təhsil eksperti Aydın Allahverdiyev, ADPU-nun dosenti, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı, Müasir İnkişaf Birliyinin sədri, Yeni Media Qrupun təsisçisi və baş redaktoru, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü, Məclis üzvləri - AMEA Fəlsəfə və Sosiologiya İnstiutunun şöbə müdiri, fəlsəfə doktoru Məhəmməd Soltanoğlu, AME Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Əhmədov, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov iştirak ediblər.
Gündəlikdəki ilk məsələ 1 iyul – 30 sentyabr 2022-ci il tarixlərində AVH-nin İdarə Heyətinin iclaslarına sədrlik edəcək şəxsin İH üzvləri arasından seçilməsi ilə bağlı olub. İclas iştirakçıları yekdilliklə İH üzvü Mübariz Ağalarlının iclaslara sədrlik müddətinin 30 sentyabr 2022-ci il tarixinə qədər uzadılmasını dəstəkləyiblər.
İkinci məsələ AVH-nin sentyabr 2022-ci ildə keçirməyi planlaşdırdığı "Ümumtürk mədəniyyətinin inkişafında Şuşa şəhərinin rolu" adlı hibrid formatda beynəlxalq konfransın təşkilati məsələləri olub. Toplantı iştirakçıları konfransın 10 nəfərlik Təşkilat Komitəsinin üzvlərinin 24 iyun 2022-ci il tarixdə saat 19:30-da onlayn formatda toplaşmasını qəralaşdırıb. Bundan başqa konfransda çıxış edəcək şəxslərin məruzələrinin toplanması və PDF formatda kitab halına salması da qərarlaşdırılıb.
Sonda Cari məsələlər müzakirə olunub. Bu məsələdə AVH-nin üzvlük haqlarının ödənilməsi, İH-nin tərkibinə yeni üzvlərin qəbul edilməsi imkanları, Hərəkatın görüşlərinin intensivləşdirilməsi müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.