KRİMİNAL7.12.2021 18:20

Ata məmurdan pul pul tələb etməsindən danışdı

1347

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Report xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, ötən iclasda şahid Ziya Məmmədovun barəsində məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edilsə də o, bu gün yenə məhkəməyə gəlməyib.

Məhkəməyə məlumat daxil olub ki, o, iş materiallarında göstərilən ünvanda yaşamır.

Daha sonra şahidin istintaq zamanı verdiyi ifadəsi ilə kifayətlənmək məsələsi müzakirəyə çıxarıb.

Təqsirləndirilən şəxs vəkili Telman Talıbov buna etiraz edərək şahidin dindirilməsində israrlı olduğunu bildirib.

A.Abdullayev də Z.Məmmədovun məhkəməyə gətirilməsini xahiş edib:

“Mənə telefonu Ziya hədiyyə edib. Deməli, mən də onu Ziyaya qaytarmalıyam. O, da hazırda burada yoxdur. Xahiş edirəm, şahid məhkəməyə gəlsin”.

Şahidin tapılaraq məhkəməyə gətirilməsi istiqamətində daha bir qərar çıxarılıb.

A.Abdullayev deyib ki, cinayət işi üzrə adı keçən şəxslərin heç birindən pul tələb etməyib.

O, Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan pul tələb etməsi epizodu ilə bağlı danışıb:

"Tək Masazırda yox, Abşeronun çox yerlərində çəkilişim olub. Masazırda zibillərin daşınması ilə bağlı vəziyyət çox acınacaqlı idi. Zibil qutuları da yox idi. Olanların da təkərləri yox idi ki, normal qaydada daşınsın. Orada natəmizlik hökm sürürdü. Sonra 15 gün ərzində zibil qutuları yeniləndi”.

Məhkəmənin növbəti iclası dekabrın 14-nə təyin edilib.

YUXARI