İQTİSADİYYAT30.3.2023 19:45

Anglo Asian Mining Azərbaycanda istehsalatı artırmağı planlaşdırır

3162

Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Anglo-Asian Mining (AAM) şirkəti 2025-ci ilədək qiymətli metalların istehsalını 50 faizədək artırmağı proqnozlaşdırır.

AAM-ın mətbuat xidmətindən verilən məlumata görə, bu göstəricilərin qızıl ekvivalentində 70-75 min tonadək, gümüş ekvivalentində isə 15,5 min tonadək çatdırılması gözlənilir.

"2028-ci ildən mis ekvivalentində istehsalatı 36 min tonadək, qızıl ekvivalentində isə 175 min tonadək artırmağı gözləyirik. Dörd yeni yatağın açılması hesabına hasilatın da artacağı gözlənilir", - şirkətdən deyiblər.

Həmçinin, bu il Anglo Asian Mining şirkətinin qızıl ekvivalentində 54 min tonadək unsiya istehsal edəcəyi gözlənilir.

Anglo Asian Mining Azərbaycanda yaxın illərdə "Qaradağ", "Xarxar" və "Dəmirli" kimi müqavilə zonalarını istismara verməyi planlaşdırır. İşğaldan azad edilmiş ərazilərdə şirkət artıq Zəngilan rayonunda "Vejnəli" qızıl yatağının kəşfiyyatına başlayıb.

Anglo Asian Mining tərəfindən Azərbaycanda istehsal olunan qızıl külçələr əsasən İsveçrəyə, mis isə Gürcüstan, Özbəkistan və Türkiyəyə ixrac olunur.

YUXARI