ELM VƏ TƏHSİL30.9.2022 17:00

AMEA-nın müəssisə və işçilərinin sayı təsdiqləndi

341

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni strukturu təsdiq edilib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Qərar Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

Qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturunda 22 elmi müəssisə fəaliyyət göstərəcəkdir. Azərbaycan Milli Elmlər Akademiyasının işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib. Ümumilikdə Akademiyanın idarəedilməsi və maliyyə məsrəfləri optimallaşdırılıb.

YUXARI