ELM VƏ TƏHSİL27.1.2022 14:40

AMEA-da yeni təyinatlar olub

10

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Akademiyadan verilən məlumata görə, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin ayrı-ayrılıqda fəaliyyət göstərməsi haqqında qərar qəbul edilib.

Humanitar Elmlər Bölməsinə rəhbərlik akademik İsa Həbibbəyliyə, İctimai Elmlər Bölməsinə rəhbərlik isə akademik Gövhər Baxşəliyevaya həvalə olunub.

AMEA Rəyasət Heyətinin növbəti qərarı ilə akademik Gövhər Baxşəliyeva AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən təyin edilib.

İclasda həmçinin AMEA-nın Humanitar Elmlər Bölməsinin və İctimai Elmlər Bölməsinin Elmi şuralarının yeni tərkibləri də təsdiq olunub.

YUXARI