DÜNYA23.1.2023 09:00

Almaniya və Fransa qanunsuz miqrasiya ilə mübarizə üçün sərhəddə birgə patrul aparacaq

4865

Almaniya və Fransa qanunsuz miqrasiya ilə mübarizə aparmaq üçün Almaniya-Fransa sərhədini birgə patrul etmək barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, müvafiq saziş Parisdə Almaniyanın daxili işlər naziri Nensi Feser və onun fransalı həmkarı Cerald Darmanen tərəfindən imzalanıb.

Almaniya Daxili İşlər Nazirliyi bildirib ki, 2024-cü il Paris Olimpiya və Paralimpiya Oyunlarında əsas tədbirlərində təhlükəsizliyi təmin etmək üçün, eləcədə birgə sərhəd nəzarəti əməliyyatlarında Almaniya-Fransa operativ qrupundan istifadə oluna biləcəyi razılaşdırılıb.

YUXARI