MƏDƏNİYYƏT18.3.2023 17:33

Alman mütəxəssislər Azərbaycanda işi yekunlaşdırdılar

1192

Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda alman mütəxəssislərin iştirakı ilə tədqiqatlar aparılıb.

Bu barədə muzeydən məlumat verilib. Tədqiqatlar Almaniyanın Gerda Henkel Fondunun maliyyələşdirdiyi Vürzburq Universitetinin professoru Martin Gruber və tələbələri Lukas Karbax və Silviya Kömm tərəfindən aparılıb. Tədqiqatın məqsədi Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə aid tapıntıları yenidən qiymətləndirmək, müxtəlif tipoloji və xronoloji kateqoriyalar üzrə dəqiqləşdirmək olub.

Qeyd edək ki, tədqiqatın nəticələrinin kitab şəklində nəşri və ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.

YUXARI