DÜNYA9.7.2024 23:55

Alla Rusiyanın zərbəsinə reaksiya verdi – Kreml əsəbiləşdi

1780

Alla Puqaçova Kiyevdə uşaq xəstəxanasına düşmüş raketlə bağlı məlumat dərc etdikdən sonra xarici agent kimi tanınmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri RİA-ya açıqlamasında Dövlət Dumasının deputatı Aleksey Juravlev deyib.

“Puqaçovanın Rusiya ordusunu gözdən saldığına və Qərb təbliğatı üçün çalışdığına görə xarici agent kimi tanınmasının və Rusiya Federasiyasındakı bütün əmlakından məhrum edilməsinin vaxtı çoxdan çatıb”, - o bildirib.

Qeyd edək ki, SSRİ xalq artisti, məşhur müğənni Alla Puqaçova Kiyevdə xəstəxananın vurulmasını əks etdirən görüntüləri “Allah səbirlidir, amma hər şeyin həddi var” sözləri ilə paylaşıb.

Rusiya XİN rəsmisi Mariya Zaxarova isə ona cavab olaraq Teleqram kanalında yazıb: "Mənə elə gəlir ki, Allah bunu Alla Borisovna Puqaçovanın məsləhəti olmadan aydınlaşdıracaq - Timoşka deyil, o, bir az görür”.

YUXARI