CƏMİYYƏT20.5.2024 21:15

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatı parlamentin plenar iclasına tövsiyə olunub 

2218

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub.

“Report” xəbər verir ki, hesabat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrin sonunda illik məlumat qəbul edilərək plenar iclasa tövsiyə edilib.

15:00
Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin mayın 20-də keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatı müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, yığıncaqda Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputatlar və digər rəsmilər iştirak edirlər.

Qeyd olunub ki, hesabat “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunun 20‐ci maddəsinə uyğun olaraq ötən il Azərbaycanda bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə bağlı görülmüş işləri və əvvəlki illərlə müqayisədə irəliləyişlərin dinamikasını özündə əks etdirir.

Məlumat hazırlanarkən 62 mərkəzi, 76 yerli icra hakimiyyəti orqanlarının, Naxçıvan Muxtar Respublikasının mərkəzi qurumlarının və yerli icra hakimiyyəti orqanlarının, bir sıra qeyri-hökumət təşkilatlarının məlumatlarından istifadə edilib.

Məlumatın hazırlanmasında Dövlət Komitəsinin ötən il ərzində 6 müxtəlif mövzuda aparılan araşdırma və təhlilə istinad edilib.

YUXARI