Avropa İttifaqı Azərbaycan qazını Ukrayna ərazisindəki Rusiya qaz kəmərləri ilə nəql etmək niyyətindədir.
Trend xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Belə ki, Avropa İttifaqı və Avropa hökumətlərinin rəsmiləri Rusiya qazının Ukrayna vasitəsilə icma ölkələrinə tranzitinə dair sazişin müddətinin 2025-ci ilə qədər uzadılması üçün Kiyev tərəfi ilə danışıqlar aparır.
Qeyd olunub ki, hazırda müzakirə olunan variantlardan biri də Avropanın Azərbaycandan qaz alması və onun Ukrayna ərazisindən keçən Rusiya qaz kəmərləri ilə nəqlidir.
Bu, Aİ-nin enerji resurslarından imtina etməyə çalışdığı Rusiya Federasiyasının özündən qaz almaq imkanını aradan qaldırır. Ukrayna ərazisindən tranziti saxlamaq niyyəti Avropa İttifaqının bunu Kiyevin iqtisadiyyatını qorumaq amillərdən biri hesab etməsi ilə bağlıdır.