CƏMİYYƏT20.1.2022 19:24

AHİK-in rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

2292

Sovet imperiyasının Bakıda törətdiyi qanlı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və AHİK-in digər rəhbər şəxsləri yanvarın 20-də - Ümumxalq Hüzn Günü Şəhidlər xiyabanını ziyarət ediblər.

Konfederasiyadan bildirilib ki, Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

YUXARI