XƏBƏRLƏR4.5.2021 10:17

Ağstafa rayonunda növbəti dəfə zəlzələ olub

902

Ağstafa rayonunda növbəti dəfə zəlzələ olub.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, mayın 4-də yerli vaxtla saat 06:26-da Qazax stansiyasından 27 kilometr şimal-şərqdə Ağstafa rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Zəlzələnin maqnitudası 3,2, dərinliyi 11 kilometr olub.

YUXARI