CƏMİYYƏT15.9.2021 20:00

Agentlik aparılan yoxlamalara münasibət bildirdi

649

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Hesablama Palatasının bu qurumda yoxlama aparması barədə yayılan məlumatlara münasibət bildirib.

Qurumdan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Hesablama Palatası tərəfindən 2021-ci ilin aprel-iyun ayları ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində audit yoxlaması aparılıb. Yoxlama Agentliyin 2019 və 2020-ci illər üzrə fəaliyyətini əhatə edib.

Xatırladaq ki, bəzi kütləvi informasiya vasitələrində Hesablama Palatası tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində yoxlamalar aparılması barədə məlumatlar yayılmışdı.

YUXARI