DÜNYA21.2.2024 08:30

Ağ Ev: G7 liderləri Ukrayna üzrə məsləhətləşmələr aparacaqlar

1258

“Böyük Yeddilik” (G7) ölkələrinin liderləri və Prezident Volodimir Zelenski fevralın 24-də Ukrayna ətrafındakı vəziyyətlə bağlı məsləhətləşmələr aparacaqlar.

AZƏRTAC xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

Onun sözlərinə görə, Prezident Co Bayden Kiyevə Qərbin gələcək dəstəyini müzakirə etmək üçün G7 ölkələrinin liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə konfransda iştirak edəcək.

O vurğulayıb ki, Bayden Ukraynaya dəstək üçün əlavə maliyyə ayrılması haqqında qanun layihəsinin Konqresdə təsdiqinə çalışır.

YUXARI