İQTİSADİYYAT10.7.2024 11:30

"Abşeron"dan hasil edilən qazın həcmi açıqlandı

7265

Abşeron qaz-kondensat yatağından İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə bir il ərzində 1.5 mlrd. m3-dən çox qaz və təxminən 580 min ton kondensat hasil edilib. Bu barədə energetika naziri Pərviz Şahbazov özünün "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

“Abşeron”un mərhələli inkişafı, illik hasilatın 1,5 mlrd. m3-dən 6 mlrd. m3-dək çatdırılması ilə bağlı planlar ölkəmizin, eləcə də regional və avropalı tərəfdaşlarımızın enerji təhlükəsizliyinə mühüm töhfədir", - nazir paylaşımda qeyd edib.

YUXARI