GÜNDƏM20.4.2021 17:41

"ABŞ və NATO Qara dənizdə təxribatları davam etdirir" - Şoyqu

521

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ və NATO-nun Qara dənizin hava məkanında və sularında təxribatçı fəaliyyətlərini davam etdirdiyini deyib.
Bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

"ABŞ və NATO Qara dənizin hava məkanında və sularında təxribatçı fəaliyyətlərini davam etdirirlər", - Şoyqu Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib.

O, Cənub-Qərb strateji istiqamətində hərbi-siyasi vəziyyətin mürəkkəb olaraq qaldığını əlavə edib.

Bundan əvvəl, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev NATO-nun Qara dənizdəki fəallığının artması şəraitində Moskvanın əks tədbirlər görməyə məcbur olacağını bildirib.

YUXARI