DÜNYA10.12.2023 10:00

ABŞ Suriyada vəziyyəti gərginləşdirir - Rusiya

21344

Ötən gün ABŞ-ın bölgədə rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada hava məkanını 6 dəfə pozub.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Tərəfləri Barışdırma Mərkəzinin rəhbərinin müavini Vadim Kulit deyib.

"Əl-Tanf bölgəsində iki F-15 qırıcısı, iki "Rafale" qırıcısı və iki A-10 "Thunderbolt" hücum təyyarəsi tərəfindən altı pozuntu qeydə alınıb", - Kulit brifinqdə bildirib.

O qeyd edib ki, bu cür hərəkətləri ilə koalisiya Suriya hava məkanında vəziyyəti gərginləşdirir.

YUXARI