ABŞ Azərbaycan və Ermənistan arasında danışıqların davam etdirilməsini dəstəkləyir. Bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller deyib.
"Bu, bizim üçün prioritet olmaqda davam edir. Katib Blinken bir neçə həftə əvvəl Vaşinqtonda hər iki tərəfi salamladı. Bundan sonra danışıqlar Brüsseldə davam etdirilib. Biz danışıqların davam etdirilməsinin tərəfdarıyıq. Qarşıda duran məsələlər üzrə razılığa gəlmək üçün tərəflərin işini dəstəkləməyə davam edəcəyik. Dövlət katibi bu məsələ ilə məğul olmağa davam edəcək", - deyə o əlavə edib.