ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosedurunun qaydalarının formalaşdırılmasını yüksək qiymətləndirir. Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller özünün “X” sosial şəbəkəsindəki hedabında yazıb.
“Bu onu göstərir ki, tərəqqi daimi dialoqla mümkündür. Biz hər iki tərəfin regionda təhlükəsizlik və firavanlıq naminə davamlı, ləyaqətli sülh istiqamətində gördüyü işi dəstəkləyirik”, - deyə o bildirib.
Qeyd edək ki, oktyabrın 25-də Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə” təsdiq edilməsi barədə Fərman imzalayıb.
Ermənistan prezidenti Vaaqn Xaçaturyan da Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası haqqında reqlamentin ratifikasiyası haqqında qanunu imzalayıb.