DÜNYA15.6.2024 12:00

AB Rusiyanın 1,5 milyardını Kiyevə verir

3540

Avropa İttifaqı Macarıstanın Ukrayna ilə icmaya qoşulması ilə bağlı danışıqlara başlamaq üçün irəli sürdüyü şərtləri yerinə yetirib.

“Report” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

“Son günlər və həftələr Brüsseldə Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların hansı şərtlərlə başlaması ilə haqqında qızğın müzakirələr gedir”, – xarici işlər naziri qeyd edib.

“Bu axşam Brüsseldə qızğın müzakirələrdən sonra razılıq əldə olundu: Ukrayna ilə danışıqların çərçivə sənədinə Macarıstanın bütün şərtləri daxil edilib”, – Siyarto feysbukda yazıb.

Nazir xatırladıb ki, Macarıstan hökuməti uzun müddətdir Ukrayna iqtidarından Zakarpatiya vilayətindəki macar azlığına hüquqların qaytarılmasını istəyir. Onun sözlərinə görə, Aİ müttəfiqləri bunu Ukrayna ilə üzvlük danışıqlarının başlanması üçün şərt qoymağa razılaşıblar.

YUXARI