CƏMİYYƏT18.5.2022 12:29

50 tələbə təcrübə qazanmaq üçün İsrailə gedəcək - İnam Kərimov

67

Azərbaycandan 50 tələbə kənd təsərrüfatı sahəsində təcrübə qazanmaq üçün bu ilin sentyabr ayında İsrailə gedəcək.

Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Bakı Ekspo Mərkəzində 15-ci "Caspian Agro" beynəlxalq kənd təsərrüfatı sərgisi və 27-ci "InterFood Azerbaijan" beynəlxalq qida sənayesi sərgisində jurnalistlərə deyib.

O bildirib ki, israilli həmkarı ilə birlikdə həmin tələbələrlə görüşüb.
“Hesab edirəm ki, bizim gənc mütəxəsislərimizin həm İsraildə, həm Türkiyədə və digər ölkələrdə öz təhsillərini davam etmələri və təcrübə qazanmaları aqrar sahənin inkişafına dəstək olacaq”, - deyə nazir bildirib.

 

YUXARI